Şabranda kişini `tok` yandırdı


16:37     12 Noyabr 2016 tok.jpg

Şabran rayonunda bədbəxt hadisə baş verib.


Şabran rayon sakini 1960-cı il təvəllüdlü Bəyəhməd Hacıyevi elektrik cərəyanı vurub. Hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Ağır yanıq xəsarətləri alan B.Hacıyev Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onun paytaxda yerləşən tibb müəssisələrindən birinə aparılması qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1103